14 Oktyabr 16:02
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərginliyə son qoymaq iqtidarında deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransanın Yaxın Şərq siyasəti ilə bağlı məqamlara diqqət çəkib:

“Makron Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün “mən də varam” deməyə çalışır. Bir tərəfdən İsrailin Livanı bombalamasını pisləyir, yəhudi dövlətinə silah satışını dayandıracağını bəyan edir, o biri tərəfdən Baş nazir Benyamin Netanyahuya zəng edərək, könlünü almağa çalışır. Həmçinin Təl-Əvivin xoşuna gəlmək üçün “Hizbullah İsrailə raket zərbələrini dayandırmalıdır” açıqlamasını səsləndirir. Bu, Taleyranın hiyləgər xarici siyasətindən gələn ənənədir.

Makron Livanın “qayğı”sına ona görə qalmağa çalışır ki, bu ölkə Fransanın keçmiş koloniyasıdır. O, bununla demək istəyir ki, koloniyasındakı gərginlikdən narahatdır. Halbuki “Hizbullah”- İsrail müharibəsi nəticəsində ölkə və paytaxt Beyrut yerlə-yeksan olub, minlərlə insan ölüb və Fransa heç nə edə bilmir. Makron eyni anda İsrailin əleyhdarı kimi də görünmək istəmir”.

Elxan Şahinoğlunun fikrincə, Fransa liderinin iranlı həmkarı Məsud Pezeşkiana telefon zəngi eyni siyasətin tərkib hissəsidir:

“Makron İranın bölgədəki gərginliyi azaltmaqla bağlı Pezeşkiana çağırış edib. Makron bununla demək istəyir ki, Tehran İsrailə qarşı savaşan qrupları sakitləşdirsin. Buna cavab olaraq Pezeşkian Makrona deyib ki, Fransa və digər Avropa dövlətləri İsraili “soyqırımı”nı son qoymağa məcbur etsinlər. “Bu sionistlər heç bir humanitar çərçivəyə və beynəlxalq qanunlara əhəmiyyət vermədiklərini göstərirlər və öz cinayətlərini həyata keçirirlər”, deyən Pezeşkian Makrondan qəti addımlar tələb edib.

Məsələ budur ki, bu gərginliyə nə Makron, nə də Pezeşkian son qoya bilər. Makronun səlahiyyətləri Fransa, Pezeşkianın səlahiyyətləri isə iqamətgahıyla məhdudlaşır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər