Rusiya ordusu Ukraynanın şərqində hücum əməliyyatlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Rusiya qoşunları Donetsk vilayətinin Toretsk şəhərinə doğru irəliləyir. Ukraynalı müşahidəçilərə görə, ruslar şəhərə doğru bir neçə yaşayış məntəqəsi yaxınlığında əraziləri ələ keçirib.
“Düşmən Nevski, Vodyanı, Zolota Niva, Priyutnı və Toretsk yaxınlığında irəliləyib”, - məlumatda deyilir.