Güclü yağışların yaratdığı daşqınlar İtaliyanın Emiliya-Romanya bölgəsini əhatə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müəssisələr nazirinin müavini Valentino Valentini bildirib.
Bolonya şəhəri və ətraf ərazilər təbii fəlakətin təsirinə məruz qalıb. Kənd yerlərində əkin sahələrini, yolları və bir neçə yaşayış məntəqəsini su basıb.
Xilasedicilər, həmçinin yerli çaylarda suyun səviyyəsinin kritik yüksəlməsini qeydə alıblar. Onlar ən azı iki min insanı evlərindən təxliyə etmək qərarına gəliblər.