İsrail hərbçiləri son saatlarda Livan ərazisindən ölkənin şimal bölgələri istiqamətində bir neçə hücum qeydə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yuxarı və Qərbi Qalileyə, eləcə də İsrailin nəzarətində olan Qolan təpələrinin cənub bölgələrinə ümumilikdə 30-a yaxın raket atılıb.
Raketlərin bəziləri vurulub. Bəzi yerlərdə mərmilərin düşməsi qeydə alınıb ki, bu da bəzi hallarda yanğınlara səbəb olub.