22 Oktyabr 00:22
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstana Rusiya ilə üç günlük müharibəyə başlamağı təklif edilib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müsahibəsində bildirib..

Onun sözlərinə görə, Qərbin yüksək rütbəli məmuru Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamağı təklif edib. Söhbət zamanı Qaribaşvili müharibənin neçə gün davam edəcəyini soruşub. Məmur ona Gürcüstan üç-dörd gün dözəcəyini bildirib.

“Bəs bu üç-dörd günün xatirinə bizi məhv edirsiniz?” - keçmiş nazirin bu sualına məmur belə cavab verib: “3-4 milyon nəfərsiniz, üç-dörd günə hamını öldürməyəcəklər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz".


Müəllif: Arzu

Oxşar xəbərlər