Rusiyanı məğlub etmək istəyiriksə, əks-hücuma keçməliyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri ukraynalı hərbi analitik Aleksandr Kovalenko deyib.
Ekspert ölkənin Ali Baş Komandanı, general-polkovnik Aleksandr Sırskinin “Ordu yalnız müdafiədə qalsa, qələbə mümkün deyil” sözlərini belə şərh edib:
“Ona görə də Ukrayna qoşunları əks hücuma keçməlidir. Amma Ukrayna qüvvələri 2023-cü ildə qəbul edilmiş strategiyaya uyğun olaraq hazırda müdafiədədir”.
Kovalenko qeyd edib ki, əks-hücum qərarı baş komandan tərəfindən məqsədəuyğun hesab edilən vaxt verilə bilər.
Analitikin fikrincə, Ukrayna ordusunun yaxın gələcəkdə müdafiə döyüşündən çıxması perspektivi yoxdur.
“Ukrayna ən azı Donald Trampın andiçmə mərasiminə qədər müdafiə vəziyyətində olacaq. İnauqurasiyadan sonra vəziyyətə baxacağıq. Ən mühüm aspekt Rusiya qoşunlarının hansı vəziyyətdə olmasıdır”.
Kovalenko iddia edir ki, Rusiya ordusu tükənmək ərəfəsindədir və bu, 2025-ci ildə Ukrayna üçün çoxlu imkanlar yaradır:
“Çox şey Trampın ilk addımlarından və buna uyğun olaraq, beynəlxalq tərəfdaşlarımızın cavablarının necə olacağından, bütün sorğularımıza nə qədər sürətli cavablar alacağından asılı olacaq”.