16:34
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Yaşar Gülər Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemi və onun yerləşdiriləcəyi nöqtə ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir artıq dislokasiya ilə bağlı qərarın verildiyini deyib.

“S-400-ləri quraşdıracağımız yer və necə istifadə edəcəyimiz bəllidir. Yerləşdiriləcəyi bütün yerlər, o cümlədən yeraltı anbarlar da hazırdır. Yalnız biz əmr verəndə əmr verilən bölgəyə köçürüləcək.

Hücum təhlükəsi yüksək səviyyəyə yüksələrsə, S-400-dən istifadə edə bilərik”, - Yaşar Gülər bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər