Bizim İsrailə cavabımız bu ölkənin liderlərinin təsəvvür etdiyindən fərqli, bu dəfə istifadə olunacaq taktika, icra və silah növü baxımından gözlənilməz olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri bildirib.
“Uzun illərdir İranın müdafiə doktrinası düşmənin təhdidlərinin qarşısını almaq və onları darmadağın etmək əsasında qurulub. İran ordusu istənilən belə təhlükəyə qarşı döyüşməyə hazırdır”, - general vurğulayıb.