Rusiya-Ukrayna müharibəsi daha üç il – 2027-ci ilə qədər davam edə bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Cahara Matisek Ukrayna mediasına deyib.
Zabit ABŞ-ın yeni Prezidenti Donald Trampın müdaxilə etməyəcəyi təqdirdə müharibənin nə qədər davam edəcəyi barədə suala belə cavab verib:
“Bunun daha üç il davam edəcəyini görürəm”.
Həmçinin, Matisekin fikrincə, Rusiya yaxın gələcəkdə nüvə silahından istifadə etməyəcək:
“Ruslar danışa, qılınclarını çəkə bilərlər, amma bu, daha çox Rusiyanın özünə zərər verəcək. Məncə, buna getməyəcəklər”.