18:26
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Birinci Kanal”ın Berlin bürosunun bağlanmasına cavab olaraq Almaniyanın ARD media qrupunun iki jurnalistini ölkədən çıxarır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Almaniya hakimiyyətinin “Birinci Kanal” müxbirlərinə ölkədə qalmaq və işləmək qadağası tətbiq etməsinə cavab olaraq, ARD media qrupunun Moskva bürosunun jurnalistlərinə qarşı eyni cavab tədbirləri görməyə məcburuq. Cavab tədbirində onlara akkreditasiya vəsiqələrini təhvil vermək və Rusiya Federasiyasının ərazisini tərk etmək tələb olunub” - deyə o qeyd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər