17:43
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail dövlətinin məhv ediləcəyini bir daha bəyan edib. Onun sözlərinə görə, bu, İranın “müqavimət oxu”nun iştirakı ilə baş verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirərək yazıb.

"İranın bölgədə öz müvəkkil qüvvələri yoxdur. Yəmən, "Hizbullah", HƏMAS və "İslami cihad" öz inancları üçün mübarizə aparır və bizdən heç bir dəstək görmürlər. Yəmənin igidləri, İraq, Livan, Fələstin və Suriya sionist rejimə qarşıdırlar (İsrail nəzərdə tutulur - red.) Biz bu rejimi məhv edəcəyik”, - deyə Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirir.

İranın “müqavimət oxu” Fələstinin İsrail işğalından azad edilməsini əsas məqsəd kimi qarşıya qoyur. "Müqavimət oxu"na "Hizbullah", HƏMAS, "İslami cihad", İraq İslam müqaviməti və hüsilərin "Ənsarallah" təşkilatı daxildir.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər