13:32
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ticarət Nazirliyi suriyalı qaçqınların vətənlərinə qayıtmaları üçün nəzarətin sadələşdirilməsi ilə bağlı sərhəd gömrük məntəqələrinə göstəriş verib.

Teleqraf.com Türkiyə mətbuatına istindla xəbər verir ki, bundan sonra suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər.

Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 2024-cü il yanvarın 1-dən dekabrın 9-dək Suriyaya 124 min 325 qaçqının geri qayıtdığını qeyd edib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriyada hakimiyyət dəyişikliyi fonunda qaçqınların vətənlərinə qaytarılması prosesinin ikiqat sürətləndiyini bildirib.

Nazir suriyalıların doğma evlərinə qayıtmaları üçün ikimərhələli planı açıqlayıb: “Birinci mərhələdə İdlib vilayətindəki qaçqın düşərgələrində olan məcburi köçkünlər, daha sonra isə Türkiyədəki suriyalılar Suriyanın müxtəlif bölgələrinə geri qayıdacaqlar. Bütün proses könüllü xarakter daşıyır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər