13:51
2 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Rusiya raketlərini vurmağa hazırdır, amma bu, yalnız bir şərtlə baş verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Hava hücumundan müdafiə sistemi hazır vəziyyətdədir, gücləndirilmiş hava hücumundan müdafiə sistemimiz var. Söhbət NATO-nun himayəsində olan Rzeşov aeroportundan gedir. Müttəfiqlərimiz ABŞ, Britaniya, Almaniya, Norveç və digər ölkələr bizi hava bazasında qoruyur. Hava məkanı pozularsa, raket və ya pilotsuz təyyarələr vurulacaq”, - nazir vurğulayıb.

Kosinyak-Kamış qeyd edib ki, NATO-nun bu məsələ ilə bağlı vahid qərarı olmadığı üçün Ukraynanın hava məkanında hədəflərin vurulması barədə hələlik söhbət yoxdur:

“F-16-larımızı Polşaya ərazisini müdafiə etmək gözləmə mövqeyindədir, təhlükə yaranarsa, buna uyğun hərəkət edəcəklər".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər