İsrail nümayəndə heyəti Dohada Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsinə dair sazişin bağlanması yollarını müzakirə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
"İsrail danışıqlar heyəti Qəzza ilə bağlı razılığa gəlməyin yolunu tapmaq üçün Dohadadır" - kanalın adının açıqlanmasını istəməyən həmsöhbəti bildirib. Onun sözlərinə görə, İsrail tərəfi “zəif şanslara” baxmayaraq, HƏMAS-la müqavilə bağlayacağına ümid edir.