Rusiyanın təhsil nazirinin keçmiş müavini saxlanılıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, federal axtarışda sabiq nazir müavini Moskvada təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İstintaqın məlumatına görə, eks-nazir müavini tabeliyində olan institutun keçmiş prorektoru və kadr hazırlığı sahəsində xidmət göstərən şirkətin əməkdaşları ilə birlikdə peşə təhsilinin inkişafına ayrılan pulları oğurlamaq üçün sxem təşkil edib. Saxlanılan sabiq müavin saxtakarlığı ört-basdır etmək üçün uydurma hesabat sənədləri hazırlamaqda da ittiham edilir.
O ümumillikdə 54 milyon rubldan çox (təxminən 893 min manat) büdcəni dələduzluq yolu ilə keçirməkdə təqsirləndirilir.