Yaponiya hökuməti atom elektrik stansiyalarının yaxınlığındakı ərazilərdə insanları müvəqqəti olaraq radioaktiv hissəciklərdən qoruya bilən xüsusi şişmə çadırlarla təmin etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, uzunluğu 10 metr, eni isə 8 metr nəzərdə tutulan çatırlarda 40 nəfərə qədər insan yerləşə biləcək. Filtrlərdən hava girişlərini kənardan daha yüksək təzyiq saxlayacaq. Yapon mütəxəssisələrinin fikirncə, çadırlar nüvə reaktorunda baş verən partlayış nəticəsində atmosferə buraxılan radioaktiv hissəciklərin qarşısını alacaq.
Çadırların davamlı binaların içərisində, məsələn, idman salonlarında quraşdırılması nəzərdə tutulur. Onlar insanları yalnız bir neçə gün qoruya biləcəklər, bundan sonra əhali daha təhlükəsiz ərazilərə təxliyə olunacaq. Belə çadırların quraşdırılması noyabr ayında Yapon dənizi sahilindəki İşikava prefekturasındakı atom elektrik stansiyasının yaxınlığındakı təlimlər zamanı sınaqdan keçirilib.
Xatırladaq ki, hazırda ölkədə 13 nüvə reaktoru fəaliyyət göstərir, lakin tədricən yoxlamalardan sonra "Fukusima-1" AES-də baş vermiş qəzadan sonra dayandırılmış yeni elektrik stansiyaları işə salınır.