13:05
217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimal-şərqindəki Heyluncian vilayətinin inzibati mərkəzi olan Harbin şəhərində 26-cı buz və qar dünyası sərgisi işə başlayıb.

Teleqraf.com xəbər verir ki, təxminən bir milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 300 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Bu fiqurlar arasında müxtəlif ölkələrdəki məşhur memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var.

Dünyanın ən böyük buz və qar sərgisinin davam edəcəyi günlərdə fantaziya şouları, virtual reallıq layihələri təşkil olunacaq, turistlər rəqəmsal incəsənət muzeyinə baş çəkə biləcəklər.

Harbin buz və qar dünyası sərgisi ötən il sahəsinin böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Ötən il sərgini 2,7 milyon nəfər ziyarət edib. Budəfəki sərginin sahəsi daha 25 faiz genişləndirilib. Martın əvvəlinədək davam edəcək Harbin sərgisi Çində populyar qış turizmi tədbiridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər