"Kazana hücumdan sonra Rusiyanın Ukrayna ərazisinə endirəcəyi zərbələrin prioritet hədəfləri hərbi obyektlər olacaq".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu hərbi ekspert, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Oleq Qlazunov deyib.
O, hərbi obyektlərin və infrastrukturun təkcə hərbi şəhərciklər və ya Ukrayna ordusunun mövqeləri olmadığını vurğulayıb. Bunlar strateji əhəmiyyət kəsb edən körpülər, avadanlıqların təmir olunduğu və dronların istehsal edildiyi fabriklərdir.