"Ukrayna prezidenti Volodimir Zelenski terror qruplaşmasının rəhbəri olub".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə müsahibəsində bildirib.
“Kiyev rejimi uzun müddətdir ki, terrorçuluq fəaliyyətini nümayiş etdirir”, - o qeyd edib.
Zaxarova vurğulayıb ki, Zelenskinin beynəlxalq səhnəyə çıxma ssenarisi tanışdır. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya Üsamə Bin Ladeni məhz belə hazırlayıb. O əlavə edib ki, oxşar proseslər indi Zelenski ilə də müşahidə olunur.
“İndi o, mülki infrastruktura hücum edən terror qruplaşmasına rəhbərlik edir. Ona görə də ona Üsamə Ben Zelenski adı verilib”, - Zaxarova deyib.