15:32
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Kanadanın iki təşkilatına Sincan Uyğur Muxtar Bölgəsi və Tibet Muxtar Bölgəsi ilə bağlı fəaliyyətlərinə görə sanksiya tətbiq edib. Teleqraf.com xəbər verir ki, müvafiq bəyanat Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Çin Xalq Respublikasının Xarici Sanksiyalara Qarşı Qanununun 3, 4, 5, 6, 9 və 15-ci maddələrinin müddəalarına uyğun olaraq, Çin Kanadanın Uyğur Hüquqlarını Müdafiə Layihəsinə və Kanada təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib", - deyə məlumatda belə qeyd olunur.

Bəyanatda bildirlib ki, bu təşkilatların Çindəki əmlakları dondurulacaq, Çin şirkətləri və fiziki şəxslərin onlarla əməkdaşlıq etməsi qadağan ediləcək. Eyni məhdudiyyətlər bu birliklərin işçilərinə də şamil olunacaq. Onların Çin ərazisinə daxil olması da qadağalar siyahısında yer alacaq.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər