İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ-ın yeni administrasiyasının NATO-dan müdafiə xərclərini 5%-ə çatdırmağı tələb edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Laplandiyada keçirilən Şimal-Cənub sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Məncə, biz Tramp haqqında şayiələrə uymamalıyıq. Mən ABŞ-ın yeni prezidentinin nə edəcəyini gözləyərdim " - Meloni deyib.