Hindistan və Küveyt hakimiyyətləri ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək barədə qərara gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əs-Sabah arasında keçirilən görüşdən sonra Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Liderlər iki ölkə arasında möhkəm tarixi və dostluq əlaqələrini xatırladıblar və bu kontekstdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsinə tam sadiq olduqlarını təsdiqləyiblər", - bəyanatda belə deyilir.
Xatırladaq ki, şənbə günü Modi iki günlük Küveytə gəlib. Küveytə son səfər edən Hindistanın baş naziri 1981-ci ildə İndira Qandi olub.
Küveyt Hindistanın ən böyük ticarət tərəfdaşlarından biridir. 2023-2024-cü ildə Küveyt nefti Hindistanın enerji ehtiyacının 3 faizini ödəyib.