22 Dekabr 23:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Əsəd rejimini devirməklə regional və bəlkə də qlobal müharibənin qarşısını aldıq. Ölkə artıq qeyri-sabitlik yuvasına çevrilmişdi".

Teleqraf.com xəbər verir ki, bu sözləri Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd Şara Dəməşqdə Livanın Mütərəqqi Sosialist Partiyasının lideri Valid Cumblat ilə görüşündə deyib.

Onun sözlərinə görə, Əsəd rejimi iranyönlü silahlı qruplarla birlikdə Suriya cəmiyyətini parçalamaqla məşğul idi: "Onlar 1977-ci ildə Kmal Cumblatın (Valid Cumbulatın atası), 1982-ci ildə Livan prezidenti Bəşir Gemayelin və 2005-ci ildə Livanın baş naziri Rafik Həririnin qətlini təşkil etmişdilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər