16 Yanvar 23:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian Suriya, Fələstin-İsrail münaqişəsi zonası və Zaqafqaziyadakı vəziyyəti müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qarşıdakı yüksək səviyyəli danışıqlarda qarşılıqlı maraq doğuran qlobal və regional gündəlikdəki əsas məsələlərin müzakirəsi gözlənilir”, - deyə məlumatda bildirilir.

Söhbət Yaxın Şərqdə, Suriyada, Fələstin-İsrail münaqişəsi zonasında və Qafqazda vəziyyətin inkişafından gedir. Tərəflər həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.


Müəllif: Arzu

Oxşar xəbərlər