20:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yola qarşı həbs qətimkan tədbiri seçib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Prezident Yun Sok Yolun qanunsuz həbsinə dair iddiaları məhkəmə tərəfindən rədd edilib", - məlumatda deyilir.

Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq ötən il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.

Ötən il dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə prezidentin həbsinə order verilib. Yanvarın əvvəli isə Yun Sok Yolun iqamətgahı önündə birgə istintaq qrupunun nümayəndələri ilə prezidentin mühafizə qüvvələri arasında qarşıdurma yaşanıb.

Yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən Yun Sok Yolun həbsinə order verib.


Müəllif: Arzu

Oxşar xəbərlər