20:48
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi münaqişə 2024-cü ildə Kiyevə 100 milyard dollardan çox ziyan vurub.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransı zamanı deyib.

O, həmçinin vurğuluyıb ki, bu müddət ərzində Kiyevə ABŞ və Avropa İttifaqı da dəstək göstərib.

“2024-cü il müharibəsi Ukraynaya müdafiə qüvvələrini təmin etmək baxımından 100 milyard dollardan baha başa gəldi. Bunun da 40 milyardı Ukraynanın, 35 milyard dolları ABŞ-ın, 25 milyardı isə Avropanın payıdır”, - deyə Zelenski bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər