17:51
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Parlament seçkilərində qələbə qazanan “Gürcü Arzusu”nun prioriteti Avropa İttifaqına üzvlükdür".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, bu istiqamətdə işlər görülməlidir:

“Sözügedən sahə üzrə həm Gürcüstanın, həm də Avropa İttifaqının üzərinə böyük məsuliyyət düşür. Bundan başqa, regional münasibətlər də önəmlidir. Azərbaycan və Türkiyə ilə strateji əlaqələrimiz var. Lazım olsa, Gürcüstan bütün potensialından istifadə edəcək ki, Azərbaycan və Ermənistan arasında sülh əldə edilsin. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması da bizim üçün önəmlidir. İstəyirik ki, ərazilər sülh yolu ilə geri qaytarılsın. Bu yolda bütün beynəlxalq platformalardan istifadə edirik. Həmçinin ABŞ ilə pozitiv əlaqələrin olacağını gözləyirik. Bu da regionun rifahı üçün vacibdir. Onu da vurğulamaq yerinə düşər ki, Çinlə strateji tərəfdaşlığımız var. Gürcüstanın milli maraqlarından çıxış edərək regionun inkişafına nail olmaq istəyirik. Həmçinin Gürcüstanla əsas prioritetlərdən biri Azərbaycanla əlaqələrin inkişafıdır".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər