"Çimnaz Sultanova 3 aya yaxın idi xəstəydi. Onu məclislə bağlı axtarırdılar, zəng etdim, çox danışa bilmədi. Dedi ki, xəstədir, əməliyyat edilib, səhhəti yaxşılaşır. Xahiş elədi ki, bu haqda heç kimə məlumat verməyim".
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında müğənni Manaf Ağayev aktrisa Çimnaz Sultanova haqqında danışarkən bildirib.
"Bir həftə öncə yenə ona zəng etdim. O zaman da bildirdi ki, səhhəti normaldır, hər şey gözəldir", - ifaçı sözünə davam edib.
"Ailəsi iddia edir ki, aktrisa səhv əməliyyat edilib, bu barədə sizə nəsə dedimi" sualına Manaf Ağayev belə cavab verib: "Mənə yalnız onu dedi ki, həkimlər xırda məsələdən başıma oyun açdılar. Mən də qadın olduğu üçün heç nə soruşmadım".
Qeyd edək ki, aktrisa Ç.Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb. O, yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.