Niderland Ukraynaya energetika sahəsinin möhkəmləndirilməsi məqsədilə 20 milyon avro ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Niderland hökuməti rəsmi məlumat yayıb.
Ölkənin xarici işlər naziri Kaspar Veldkampın Kiyevə səfərinin nəticələri ilə bağlı bəyanatında deyilir ki, bu pullar enerji şəbəkəsinin təmiri və müdafiəsi üçün nəzərdə tutulub.