ChatGPT çat-botunu Los-Ancelesdəki yanğınların qarşısını almağa mane olmaqda ittiham edirlər.
Teleqraf.com xəbər verir ki, Amerika blogerləri və sosial şəbəkə istifadəçiləri süni intellekt vasitələrindən, o cümlədən ChatGPT-dən az istifadə etməyə çağırırlar.
Onların fikrincə, çat-botdan istifadə zamanı serveri su ilə soyutmaq lazım gəlir, bu isə yanğınların söndürülməsi üçün lazımi ehtiyatların azalmasına səbəb olur. İstifadəçilərdən bəziləri isə süni intellektin planetdə istiləşmə proseslərini sürtələndirdiyinə diqqət çəkirlər.
Texnologiya ilə bağlı media orqanlarında çalışan jurnalistlər də süni intellekt vasitələrinin izafi su sərfinə səbəb olduğunu təsdiqləyirlər. Belə ki, payızda Kaliforniya universitetinin mütəxəssisləri də hesablamışdılar ki, ChatGPT-yə ünvanlanan bircə məktub serverin soyudulması üçün 200 millilitrə yaxın su tələb edir.
ChatGPT çat-botunun izafi su sərfinə təsir göstərməsi barədə məruzəni Kalifoniya universitetinin alimləri 2023-cü ilin payızında hazırlayıblar. Onların hesablamalarına görə, süni intellekt 20-50 müraciət üzərində işləyərkən 500 millilitr suya ehtiyac duyur.