19:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın bəzi detalları üzrə ortaq məxrəcə gələ bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi Devid Menser brifinq zamanı məlumat verib.

“Hazırda müqavilənin detallarının müzakirəsi yekunlaşdırılmayıb”, - deyə o bildirib.

Menser əlavə edib ki, hazırda Qətərin paytaxtında müvafiq danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda iştirak edən İsrail diplomatları həllin əldə edilməsi üçün hər cür səy göstərirlər.

Xatırladaq ki, ötən gün Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.


Müəllif: Arzu

Oxşar xəbərlər