04:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Breşiya şəhətində polislər dindirmə zamanı yeddi ekoaktivist qadına qarşı alçaldıcı davranıblar.

Teleqraf.com xəbər verir ki, İtaliya polisi iqlim müdafiəçilərinin alt paltarlarını çıxmalarını və üç dəfə əyilib-qalxmalarını tələb edib.

Həmin qadınlardan biri "The Guardian"a bildirib: "Onlar məndən paltarımı çıxarmağımı, alt geyimimi soyunmağımı və üç dəfə əyilib-qalxmağımı istədilər".

O bildirib ki, bu tələb kişilərə deyil, yalnız qadınlara qarşı irəli sürülüb.

Yerli polisdən isə bu addımı "qadınların üstündə hansısa təhlükəli predmetin olub-olmadığını yoxlamaq" üçün atdıqlarını deyiblər.

Yeddi qadın yaxın günlərdə rəsmi şikayət edəcəklərini bəyan ediblər. İtaliyanın daxili işlər nazirinə artıq Breşiya polisinin fəaliyyəti ilə bağlı araşdırma başlatmaq təklif olunub.

Fəalları İtaliyanın aerokosmik zavoduna qarşı etiraz aksiyasında saxlayıblar. Onlar yeddi saat nəzarət altında qalıblar, bundan sonra qadınları "qiyama cəhd" və "xəbərdarlıq edilmədən nümayiş" keçirməkdə ittiham ediblər.

Bundan əvvəl isə Breşiya polisinin adı zorlanmış qışı məntəqəyə gətirərək, onu təhqir etməkdə hallanırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər