Rusiya və Vyetnam müdafiə sahəsində 2025-ci il üçün əməkdaşlıq planı layihəsini razılaşdırıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi əməkdaşlıq üzrə işçi qrupunun dördüncü iclasında tərəflər 2025-ci il üçün planı layihəsini razılaşdırıb və onun həyata keçirilməsi prosedurunu müəyyən ediblər.
Tərəflər hərbi idarələr arasında dialoqun gücləndirilməsinə və qarşılıqlı faydalı əlaqələrin qurulmasına sadiq olduqlarını vurğulayıblar.