İsrail Müdafiə Nazirliyi Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanı həyata keçirməyə hazırlaşmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrailin müdafiə naziri İsrael Katz və Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir cümə axşamı günü vəziyyəti qiymətləndirmək üçün görüş keçirib.