00:34
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hökuməti girovlarla bağlı razılaşmanı və Qəzza zolağında atəşkəsi təsdiqləsə, İsrailin milli təhlükəsizlik naziri və “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir istefa verəcək.

Teleqraf.com xəbər verir ki, o, bu haqda mətbuat konfransında danışıb.

"Bu sövdələşmə qəbuledilməzdir. Əgər bağlanarsa, "Otzma Yehudit" partiyası hökuməti tərk etmək tələbi ilə çıxış edəcək", - o açıqlayıb.

Ben-Qvir əlavə edib ki, Qəzza zolağında müharibə yenidən başlasa, "Otzma Yehudit" hökumətə qayıtmağa hazır olacaq.

Eyni zamanda Ben-Qvir qeyd edib ki, o, Netanyahu hökumətini məhv etmək niyyətində deyil.


Müəllif: Arzu

Oxşar xəbərlər