16:36
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşması pozulacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

SEPAH-ın iddiasına görə, anlaşmanı pozan tərəf İsrail olacaq.

İran korpusu hesab edir ki, bu ehtimalı nəzərə alaraq, bölgədə yeni müharibəyə hazır olmaq lazımdır.

Xatırladaq ki, dünən Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşma əldə edilib. Razılaşma yanvarın 19-da qüvvəyə minəcək.

Anlaşma Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə əldə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər