15:55
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Russkaya” kompressor stansiyasına terror hücumu ABŞ-dən gələn işarə ilə həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya Federasiyası və Türkiyə “Russkaya” kompressor stansiyasına hücum kimi terror aktlarının qarşısını almaq üçün tədbirlər görəcək”, - ölkə rəsmisi bildirib.

Xatırladaq ki, yanvarın 13-də Krasnodar vilayətində yerləşən stansiyaya Ukraynadan PUA-larla zərbələr endirilib. Stansiyadan “Türk Axını” boru kəməri ilə qaz nəql olunur.

“Türk Axını” Rusiya və Türkiyə arasında Qara dəniz üzərində həyata keçirilən enerji layihəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər