ABŞ-nin yeni prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən sonra "bir yığın problem" ilə üzləşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinlə müsahibəsi zamanı deyib.
“Gələcək ABŞ prezidentinin həll etməli olduğu bir çox problemi olacaq. Onlar, təkcə beynəlxalq xarakter daşımır, həm də daxili siyasi xarakterlidir”, - deyə Uşakov bildirib.