ABŞ və Cənubi Koreyanın müştərək hərbi təliminə etiraz olaraq, Şimali Koreya ordusu iki ədəd qısa mənzilli balistik raket buraxıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat verib. Skud tipli raketlər yerli vaxtla 06:32 və 06:41-də atılıb. Açıqlamaya görə, ölkənin cənubundakı Nampho limanı üzərindən şərq istiqamətinə göndərilən raketlər dənizə düşüb.
“Wall Street” jurnalı isə hadisənin Amerika və Cənubi Koreya əsgərlərinin planlı hərbi təlimə başladığı anda baş verdiyinə diqqət çəkərək, bunu açıq etiraz kimi qiymətləndirib.
Samir