3 Mart 2015 01:55
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boris Nemtsovun qətlə yetirilməsinin yeganə şahidi Anna Duritskaya Kiyevə yola düşüb.

Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bu barədə Ukrayna xarici işlər nazirliyinin nümayəndəsi Yevgeni Perebeynis bildirib.

“Bu dəqiqələrdə Anna Duritskaya təyyarə ilə Kiyevə yola düşüb. Ukraynanın Moskvadakı səfirliyi onun vətənə qayıtması üçün bütün tədbirləri görüb”, deyə Y.Perebeynis bildirib.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində qətlə yetirilib.


Müəllif:

Oxşar xəbərlər