Argentinada sel suları 12 nəfərin həyatına son qoyub.
Publika.az-ın məlumatına görə, 10 nəfər Kordoba, 2 nəfər isə Santyaqo-del-Estero əyalətində daşqınların qurbanı olub.
Kordoba əyalətindən 1 400 nəfər evakuasiya olunduğu bildirilir. Onların əksəriyyəti tamamilə su altında qalmış İdiasabal şəhərciyinin sakinləridir. Daha 3 300 nəfər Santyaqo-del-Estero əyalətində öz evlərini tərk edib.