10 Mart 2015 22:33
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov özünün və respublikanın digər yüksək vəzifəli şəxslərinin əmək haqqını 10% azaldıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Çeçenistan lideri İnstagram hesabında yazıb.

"Biz respublika rəhbərlərinin maaşını azaltmaq qərarına gəldik", - deyə Kadırov yazıb.

Hesabatda Çeçenistan Respublikasının başçısı, baş naziri, parlamentin deputatları, nazirlər və onların müavinləri, bütün müxtəlif orqanların rəhbərlərinin əmək haqqı 10% azaldılacağı qeyd olunur.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin özü başda olmaqla baş nazir Dmitri Medvedev, hökumət üzvləri, eləcə də baş prokuror Yuri Çayka və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin əmək haqqlarını 10% azaldıb.


Müəllif:

Oxşar xəbərlər