Venesuelada ABŞ-ın tətbiq etdiyi sanksiyalar əleyhinə yürüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Karakasda keçirilən aksiya Venesuela prezidenti Nikolas Maduro və onun tərəfdarları tərəfindən təşkil olunub. Yürüşdə minlərlə venesuelalı iştirak edib.
Venesuela hökuməti rəsmi Vaşinqtonu hərbi hücumları və ticarət sanksiyalarını genişləndirməyi planlaşdırmaqda ittiham edib. Prezident Maduro isə 6 ay müddətində səlahiyyətlərinin genişləndirilməsi üçün parlamentə müraciət edib.
Qeyd edək ki, ABŞ Venesuellanın ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Vaşinqton insan haqlarının pozulması ilə bağlı bir qrup venesuellalı diplomata qarşı sanksiyalar tətbiq edib.
Samir