Berlin divarının uçurulmasından sonra diktatura əvəzinə demokratiyanı və kommunizm əvəzinə kapitalizmi seçən Mərkəzi Avropa ölkələrində internet azadlığı məsələsində ciddi problemlər var.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çexiya, Macarıstan, Polşa və Slovakiya ölkələrində internet azadlığının müdafiəsi və inkişafında ziddiyyətli dinamika mövcuddur. Bu yaxınlarda aparılan tədqiqat göstərir ki, Çexiyada internet azadlığı ilə bağlı polis təqibi, Macarıstanda bloggerlər və naşirlərin böyük cərimələrə məruz qalması, Polşa və Slovakiyada isə müxtəlif sanksiyaların tətbiqi müşahidə edilir.
Bununla bağlı “Financial Times” qəzetinin araşdırmalarında da xüsusi qeydlər var. Qəzetin məlumatında internetdən istifadəyə görə bu ölkələrdə hər il minlərlə istifadəçinin polis təqibinə məruz qaldığı və yerli məhkəmələrin də polisləri qane edən qərarlar qəbul etdiyi bildirilib. Bəzi hallarda isə şəxsi məlumatların polis tərəfindən izlənməsi haqqında istifadəçilərə heç bir məlumat verilmir. Araşdırmalar nəticəsində çox az hallarda məhkəmə istifadəçilərin etirazlarını onların xeyrinə həll ediyi məlum olub.
Qəzet adı çəkilən ölkələrdə jurnalist və bloggerlər üçün söz azadlığı sərhədlərinin aydınlaşdırılması məqsədilə islahatların keçirilməsinə ehtiyac olduğunu qeyd edib.
Samir