Eks-prezident Viktor Yanukoviç Ukraynaya gələrsə, hüquq-mühafizə orqanları onun həbs olunması üçün hər şeyi edəcək.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bunu Ukrayna Baş Prokuroru əvəzi Oleq Maxnitskiy Yanukoviçin Donetskə mümkün gəlişi barədə xəbərləri şərh edərkən bildirib.
"Əlbəttə, Yanukoviç Ukraynaya gəlsə, onun saxlanılması barədə tədbirlər görüləcək. Çünki müvafiq prossesual qərar var, ona şubhəli bilindiyi barədə məlumat verilib. Yanukoviçin saxlanılması və nəzarətə götürülməsi barədə məhkəmənin qərarı var", - Maqnitskiy bildirib.
Baş Prokuror əvəzi deyib ki, Yanukoviçin barəsində 4 cinayət işi araşdırılır.
Nihad