15 Mart 2015 16:23
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hakimiyyəti əsirlikdə olan vətəndaşının taleyi məsələsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə danışıqlardan imtina edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çexiya baş naziri Boquslav Sobotka açıqlama verib. Onun sözlərinə görə, Çexiya terrorçularla danışıqlar aparmayacaq. Sobotka vurğulayıb ki, buna baxmayaraq, hökumət vətəndaşının azad edilməsi üçün lazimi tədbirləri görəcək.

Qeyd edək ki, martın 6-da Liviyanın cənubunda oğurlanmış 11 mütəxəssis arasında Avstriya, Çexiya, Filippin, Banqladeş və Qana vətəndaşları var.

Samir


Müəllif:

Oxşar xəbərlər