Almaniyanın “Luftansa” şirkətinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə bu gün tətilə başlayıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tətil səbəbindən artıq 750 reys təxirə salınıb. Tətildən 80 min sərnişinin əziyyət çəkdiyi bildirilir. Sərnişinlər saatlarla aeroportda gözləməli olublar.
Alman aviaşirkəti sərnişinləri uçuş tarixlərini dəyişdirməyə və ya qatardan istifadə etməyə çağırıb. Tətil iştirakçıları pilotlar üçün əlverişsiz təqaüd şərtlərinin dəyişdirilməsini tələb edirlər. Bəzi məlumatlara görə, tətilə artıq “Luftansa”, “Luftansa Karqo” və “Germanwings” şirkətləri də qoşulub.
Samir