19 Mart 2015 11:10
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna könüllü hərbi dəstəsi - “Teni” rusiyayönümlü silahlıların benzin və yük daşıyan maşınlarını, iki zenit qurğusunu ələ keçiriblər.

Teleqraf.com "Qaziler.az" -a istinadən xəbər verir ki, bu barədə dəstənin komandiri Aleksandr Qladki öz Facebook səhifəsində yazıb.

“Martın 18 – də “ Teni ” partizan dəstəsi Donetsk şəhərində saat 10- dan 11 –dək düşmənin canlı qüvvəsinə və texnikasına eyni zamanda zərbə endirib “, - deyə Qladki qeyd edib.

Onun sözlərinə görə partizanlar dörd benzindaşıyan maşın və mərmi ilə birlikdə 18 “Ural “ ələ keçiriblər. Ələ keçirilən “Kamaz “ lar sayılmayıb, onların sayı çoxdur.


Müəllif: