Yəmənin paytaxtı Sanada iki məsciddə cümə namazı vaxtı partlayış baş verib.
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bombalı hücum nəticəsində 120 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilir.
Yəmənin Müdafiə Nazirliyindəki qaynaq hadisəni “canlı bombalar”ın törətdiyini açıqlayıb.
Hələlik hadisəni heç bir qruplaşma üzərinə götürməyib.