Gürcüstanda haqqında həbs qərarı çıxarılmış keçmiş prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Milli Birlik Partiyasının on minlərlə tərəfdarı etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazda nümayişçilər “qırmızı kart” göstərərək, hökuməti istefaya çağırıb.
Paxtaxt Tiflisin Azadlıq meydanında toplaşan etirazçılar hökumətin iqtisadi siyasətinə qarşı şüarlar səsləndiriblər. Aksiyada çıxış edən partiya üzvləri 2012-cü il parlament seçkilərindən sonar hökumətin bu siyasəti ölkənin iqtisadiyyatının geriləməsi və xalqın kasıblaşması ilə nəticələnib.
Milli Birlik partiyasından olan David Bakradze isə hazırda Gürcüstanda vəziyyətin kəskin dərəcədə pisləşdiyini və konstitusiyaya uyğun hökumətin qurulmasının vacib olduğunu vurğulayıb.
Aksiyaya internet vasitəsilə canlı qoşulan Saakaşvili etirazçılara dəstək nümayiş etdirib: “Əminəm ki, qısa müddət əzində qarşımdakı bütün maneələri aşıb, vətənimi qorumaq uğrunda mübarizədə yanınızda olacam”.
Samir